Laçınlı məmur Ağcabədidə şəhid ailəsinin torpağını əlindən aldı

11-11-2014, 18:21   
Laçınlı məmur Ağcabədidə şəhid ailəsinin torpağını əlindən aldı

12Xanım Talıbova DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyevin qanunsuz hərəkətlərindən şikayətçi olsa da, ona kömək edən yoxdur

Ağcabədi şəhəri, Əli Talıbov küçəsi ev 77-də yaşayan, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı JAM.AZ-a müraciət edərək məmur özbaşınalığından şikayətçi düşüb. O yazır ki, həyat yoldaşı Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Xanım Talıbova bildirir ki, üzləşdiyi problem onun olan torpağın başqası tərəfindən ələ keçirilməsi ilə bağlıdır. “DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb”.

Şikayətçi qeyd edir ki, çoxsaylı müraciətləri əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib. “Həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb. Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir».

Şəhid ailəsi Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya JAM.AZ vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev barədə qanunu tədbir görülməsini və ona yardım etmələrini xahiş edib.

Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.