Pekində keçirilən Asiya Sakit okean hövzəsi ölkələri (ATEC) sammiti zamanı Rusiya prezidenti Vladimir Putinin Çinin birinci xanımı ilə mehribançılığı əsl fırtınaya səbəb olub.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, sammit zamanı Çin lideri Si Tszinpinin başı sağ tərəfində oturan ABŞ prezidenti Barak Obama ilə söhbətə qarışanda Putin onun solunda əyləşən xanımının çiyninə şal örtüb. Bu kadrlar internetdə yayılandan sonra böyük qalmaqal yaranıb. Çünki Çin mədəniyyətinə görə qadına, xüsusən də çinli qadına başqasının əllə toxunması yolverilməz hesab edilir. Üstəlik çinli qadınlar da kənar diqqəti qətiyyən xoşlamırlar.
“The Stait Times” yazır ki, Putinin hərəkəti diplomatik nahar zamanı etiketin kobud şəkildə pozulmasıdır. Çünki diplomatiyanın yazılmamış qaydalarına görə heç vaxt diplomatların xanımına toxunmaq olmaz. Üstəlik bu Çində baş verirsə. Bildirilir ki, Pekində 2008-ci il Olimpiyadası üçün tikilmiş stadionda atəşfəşanlığa tamaşa edərkən Putin hansısa məqamda ayağa qalxıb, “bu gün nəsə yaman soyuqdur” deyib və şabalıdı rəngli şalı Çinin birinci xanımının çiyninə atıb. Çin liderinin xanımı bu jestə görə gülümsəyib və Putinə təşəkkür edib.
Qərb KİV-ləri də Putinin bu jestini geniş müzakirə edir. Onun təkcə Rusiya prezidenti deyil, bu ölkənin "baş donjuanı" olduğunu da yazır.
Xatırladılır ki, Putin hazırda subaydır. Qərb mətbuatı qeyd edir ki, Putinin jesti Avropada nəzakətli davranış kimi qəbul edilə bilər, ancaq çinlilərin bu jestdən qətiyyən xoşu gəlməyəcək. Çində isə Putinin jesti hamını şoka salıb. Senzuraya baxmayaraq Putinin birinci xanıma toxunmasını əks etdirən kadrlar sürətlə internetdə yayılıb və müzakirələrə səbəb olub[media=http://www.youtube.com/watch?v=2pqMe9vocvo]