Bakıda intihar həyəcanı yaşanıb
Bakıda bir nəfər özünü dənizə atıb
Musavat.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:17-də başa çatıb.