Anidən yox olan əşyalar və insanlar

11-11-2014, 22:34   



Qeyri-normal hadisələr arasında əşya və ya adamların ani surətdə izahedilməz məkan dəyişməsi əsas yeri tutur. Belə hadisələrin bir qismi tarixi ədəbiyyatlarda öz əksini tapıb. Bir çox xəbərlər XX əsrin ikinci yarısına təsadüf edir, bəlkə ilk dəfə insanlar onların dünyası ilə paralel başqa dünyalarda yaşayan canlılar haqqında düşündüklərindən belə olub.

Ən çox da təyyarələrin başqa məkana keçməsi müəmmalıdır. Əlli il ərzində təyyarələrin başqa planetlərdən gəlmiş canlılar tərəfindən oğurlandığı güman edilir.

1947-ci ilin 21 avqustunda Britaniya - Cənubi Amerika hava yollarına məxsus Santyaqoya uçan "Ulduz tozu" sərnişin təyyarəsi yox olmuşdu. Dörd dəqiqə əvvəl pilotun yerə enmək haqqında xəbərindən sonra təyyarəni gördüm deyən olmamışdı. 2000-ci ilin yanvar ayında Santyaqodan 80 km məsafədə Tupunqato dağının buzlaqlarında "Ulduz tozu" təyyarəsinin mühərriki tapılmışdı. Alpinistlər uzun illər bu dağa çıxsalar da 50 ildə heç nəyə rast gəlməmişdilər.

Tapılan mühərrik işlək vəziyyətdə idi. Karlos Sarinin fikrincə təyyarə şaquli durmuş Tupunqato dağına çox yüksəkdən düşmüş uçqun yaratmışdı. Çox maraqlıdır ki, şəhərə çatmağa 4 dəqiqəlik yolda olan təyyarə necə olmuşdur ki, enmə yerindən 80 km uzaqda hissələrini itirmişdir?! Sarini təyyarənin hansısa bir boşluğa düşdüyünü iddia edirdi.

Qəribədir ki, o zaman daha iki təyyarə izsiz-soraqsız 2 ay sonra "Ulduz tozu"nun ardınca yox olmuşdu. Qeyri-normal hadisələr üzrə mütəxəssis, doktor Raul Mendosa təyyarələrin paralel aləmlərə düşdüyü fikrinə gəlmişdi. İndiyə qədər nə 1941-ci ildə İndianapolisdən Los Ancelesə uçmuş Hollivud aktrisası Karol Lombar, nə də 1944-cü ilin dekabrında Londondan Parisə uçmuş Amerikalı bəstəkar Qlen Millerin təyyarələri tapılıb. Bu cür müəmmalı şəkildə itmiş nə qədər təyyarənin sirri hələ də açılmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.