Valideynləri ilə dalaşan oğul evlərini yandırdı

12-11-2014, 00:03   


Sabirabadda fərdi yaşayış evi yanıb.

Valideynləri ilə dalaşan oğul evlərini yandırdı
Sabirabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Sabirabad rayonunun Yolçubəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Sabirabad sakini, 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğindan Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər hissələri yanğından mühafizə edilib.

İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili mübahisədən sonra qəsdən evi yandırıb.

Polis S. Ağalarovu saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.