Xəsarətlər alan müəllimə nazirdən kömək istəyir
Tovuz rayon İbrahimacılı kənd orta məktəbində sensasiyalı olay baş verib. Məktəbin riyaziyyat müəllimi Ülviyyə Süleymanovanın Bizimyol.info saytına verdiyi məlumata görə, o, direktor Sinayə Məmmədzadənin və onun qızı Aygün Quliyevanın fiziki zorakılığına məruz qalıb. “Hadisə oktyabrın 17-də baş verib. Direktor dərs saatlarını pulla satmasına etiraz etdim, iki saat dərs üçün məndən 50 manat tələb edirdi” – deyən Ü.Süleymanova qeyd edir ki, mübahisə etdikdən sonra direktorun kabinetindən çıxarkən direktorun qızı A.Quliyeva onun boğazından tutaraq başını divara çırpıb. Səs-küyə otağından bayıra çıxan direktor da onun saçlarından yapışaraq sürüməyə başlayıb. Hadisə zamanı Ü.Əlieyva üz nahiyyəsindən xəsarətlər alıb. “Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğuna, icra hakimiyyətinə, təhsil şöbəsinə müraciət etdik. Prokurorluq bizi ekspertizaya göndərdi, ekspert aldığım xəsarətləri müəyyən etsə də, rəyi ancaq prokurorluğa verəcəyini bildirdi. İcra hakimiyyəti və təhsil şöbəsi isə faktki heç bir tədbir görmədi. Hazırda işlə bağlı Qovlar şəhər polis bölməsində araşdırma aparılır.
Ü. Süleymanova təhsil naziri Mikayıl Cabbarova müraciət edərək hadisə ilə bağlı tədbir görülməsini xahiş edir.