FHN hadisə yerinə cəlb olunub
Növbətçi Bakıda mənzildə 72 yaşlı qadının meyidi tapılıb.
Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovna köməksiz vəziyyətdə qalıb.
Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi müəyyən olunub. O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.