Nəsimi polisi təqaüdçülərin kabusunu yaxaladı

12-11-2014, 23:13   
Nəsimi polisi təqaüdçülərin kabusunu yaxaladı

Nəsimi polisi yaşlı nəslin kabusuna çevrilən bankomat dələduzunu yaxalayıb.

Sentyabr və oktyabr ayları ərzində daxil olan şikayətlər əsasında başlanan araşdırma nəticəsində 1983-cü il təvəllüdlü Taleh Rafiq oğlu Əliyev saxlanılıb. O, 80 yaşlı Tamara İmamverdiyevanın etimadından istifadə edərək onun kartından 290 manat, 50 yaşlı İlqar Əmirovun isə 166 manat məbləğində pulunu çıxararaq mənimsəyib.

Nəsimi Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, mütəmadi olaraq "Kapitalbank"ın Füzuli küçəsində yerləşən baş ofisinin qarşısında qoyulan ATM aparatlarının yanında dayanan T.Əliyev ondan kömək istəyənləri tələyə salıb. O, kart sahiblırinə hesablarında vəsait olmadığını söyləyərək kartlarını geri qaytarıb. Qurbanlarının bankomatdan uzaqlaşmasından sonra isə çıxan vəsaiti götürüb.

Taleh Əliyevin başqa faktlarda da iştirakının olub-olmadığı araşdırılır.

T.Əliyevin şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi də bildirilir. 1 saylı ruhi xəstəxanada qeydiyyatda olan Taleh Əliyevin anlaqlı olub-olmadığı müəyyən edildikdən sonra cəzasını həbsxanada çəkməyə, yoxsa xəstəxanada müalicə olunmağa göndəriləcəyi bəlli olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.