Ermənistan ordusuna məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazisində vurulması ilə bağlı millət vəkili Aydın Mirzəzadə maraqlı məlumat paylaşıb.
Aydın Mirzəzadə "Facebook" səhifəsində Mİ-24 helikopterinin şəklinin paylaşaraq bildirib ki, düşmən daha 11 belə helikopterə sahibdir:
"Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisndə vurulan Mİ-24 helikopteri. İndi düşmən ölkənin silahlı qüvvələrində ondan 11 dənəsi qaldı".
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin 2 Mİ-24 helikopteri qoşunların təmas xəttində mövqelərimizi atəşə tutub. Milli Ordumuzun cavab atəşi nəticəsində düşmənin 1 helikopteri vurulub, o biri helikopter isə oradan uzaqlaşıb.