Bakı və İrəvana səsləndilər

13-11-2014, 00:35   
Bakı və İrəvana səsləndilər
Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz

Region ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xətti yaxınlığında vurulmuş helikopterlə bağlı narahatlığını bildiriblər.
həmsədrlərin bəyanatı ATƏT-in saytında yerləşdirildirilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar.

Bəyanatda deyilir ki, bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz.

"Bugünkü hadisələr bizə Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində səylərin təcili artırılması zərurəti barədə xatırladır. Biz yenə də istənilən mümkün formada tərəflərə yardım göstərməyə hazırıq", - bəyanatda deyilir.

ATƏT-in Minsk Qrupu tərəfləri münaqişənin sülh yolu ilə həllini tapmağa, eləcə də təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində şəffaflığı artırmağa imkan verən etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə çağırır.

Münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən Cənubi Qafqaz ölkələri arasında yaranıb. Azərbaycan ərazisinin 20 faizi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.