Hadisə yerinə dərhal FHN əməkdaşları və polislər gəlib
Bakının Sabunçu rayonunda intihara cəhd olub.
"Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan 18-24 yaşları arasında olduğu güman edilən Zamiq İbrahimov adlı gənc özünü körpüdən atacağını söyləyib.
Hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər gəlib.
Xidmətinin əməkdaşları intihara cəhd edən şəxslə anışıqlar aparıb. Gənc xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.