Braziliyalı əfsanəvi futbolçusu xəstəxanaya yerləşdirilib
Pasport Braziliyanın əfsanəvi futbolçusu Pele mədəsində yaranmış problemlə əlaqədar San-Paulo xəstəxanasına yerləşdirilib.
bu barədə "Globoesporte" xəbər yayıb.
Bildirilib ki, ötən gün Pele Santosda kitabın təqdimat mərasiminə qatılmağı planlaşdırsa da, qəfildən vəziyyəti dəyişib. O Albert Eynşteyn adına klinikaya aparılıb. İlkin diaqnoz kimi futbolçuda mədə pozğunluğu aşkarlanıb.
Xəstəxanada 74 yaşlı Pelenin dərindən müayinədən keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, tanınmış futbolçu iki il əvvəl də Albert Eynşteyn adına klinikada sağ ombasından əməliyyat olunub.