Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ukrayna ABŞ-Rusiya müharibəsinə səbəb ola bilməz”

13-11-2014, 22:14   
“Ukrayna ABŞ-Rusiya müharibəsinə səbəb ola bilməz”
“Sanksiyalar nə qədər sərtləşsə də, Ukrayna böhranı heç vaxt ABŞ və Rusiya arasında müharibəyə səbəb ola bilməz”.

Bunu Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudlu ABŞ-da “Respublikaçılar”ın qələbəsi fonunda Rusiya ilə münasibətlər və Ukrayna böhranı məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-da “Demokratlar Partiyası”nın bir neçə ildir ki, parlamentdə üstünlüyə sahib olması zamanın tələbi idi:

“Xüsusilə də, kiçik Corc Buşun hakimiyyəti dövrdə ölkənin bir çox əməliyyatlara qoşulması, açıq şəkildə dünyanın bir çox dövlətlərinə əsgər yeridilməsi ABŞ-ı iqtisadi cəhətdən zəiflətdi. Obamanın hakimiyyəti dövründə ordunun İraq və Əfqanıstandan geri çəkilməsi, bir çox iqtisadi islahatlar, uzun müddət gözlənilən tibbi sığorta sistemi reallaşsa belə, Obama ciddi bir nisbi izolyasiya siyasəti həyata keçirdi. Bu, “Demokratlar”ın təməlində var. ABŞ-da bildiyimiz kimi, sol partiya yoxdur. Ancaq “Demokratlar”ın siyasəti solçulara yaxındır. Buna görə də Obamanın xarici siyasəti “Respublikaçılar” ilə müqayisədə izolyasiya xarakteri daşıyır. Dünyada baş verən “Ərəb baharı” hadisələri və Ukrayna böhranında ABŞ gözlənilən aktiv siyasəti yürütmədi. Demokratlardan fərqli olaraq “Respublikaçılar” ABŞ-ın hegemonik gücünə çalışır. İkinci seçkiləri öz xarizması hesabına qazanan Obamanın 3-cü dəfə seçilmək şansı olmasa da, “Demokratlar Partiyası”na namizəd olacaq”.

Politoloq bildirib ki, respublikaçılar inandırıcı namizəd irəli sürə bilsələr, qazanma şansları olduqca yüksəkdir:

“Respublikaçılar hakimiyyətə gələrsə, rusmeyilli siyasətdə Ukrayna fonundakı hadisələrdə Amerika siyasətinin dəyişməsini gözləmək olar. Amerikanın xarici siyasəti daha da aktivləşə bilər. Bu özünü Rusiyaya daha sərt, Ukraynaya isə daha yaxın olaraq göstərəcək. İstər “Respublikaçılar” hakimiyyətə gəlsin, istərsə də “Demokratlar” hakimiyyətdə qalsın, bu, Rusiya və ABŞ arasında müharibəyə gətirib çıxara bilməz. Hətta sanksiyalar daha da sərtləşsə belə”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar