Bakıda qızı zorlayan şəxsə- Ağır cəza

13-11-2014, 22:28   



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətlərində təqsirləndirilən 1979-cu il təvəllüdlü Quliyev Ədalət Yusif oğlunun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moderator.az lent.az-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsə hökm oxunub. Hökmə əsasən Ədalət Quliyev 12 il azadlıqdan məhrum etmə cəzası alıb.

Qeyd edək ki, Ədalət Quliyev yeniyetmə qızı qeyri-təbii yolla zorladığı üçün məsuliyyətə cəlb edilib. Polisə daxil olmuş şikayət ərizəsi əsasında o həbs olunub və barəsində cinayət işi başlanıb.

İstintaq zamanı Ə.Quliyevin dələduzluq və mənimsəmə əməlləri də üzə çıxıb. O, Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 178 (dələduzluq), 179 (mənimsəmə) maddələri ilə ittiham edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.