Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Norveçdə Azərbaycanın siyasi dustaqlarına Saxarov mükafatı verildi – Fotolar

14-11-2014, 01:50   

Onların sırasında Müsavat Partiyası başqanının üç müavini də var

Siyasi dustaqlara verilən Saxarov mükafatının təqdimetmə mərasimi başlayıb. Musavat.com NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlinin Facebook profilinə istinadən xəbər verir ki, təqdimat Norveçin paytaxtı Oslo şəhərində, Bristol hotelində keçirilir. Mərasimdə iştirak edən Ülvi Həsənli yazır ki, törənin açılışını Norveç Helsinki Komitəsinin icraçı direktoru edib.

Məlum olduğu kimi, bu il Saxarov mükafatı hazırda həbsdə olan Azərbaycanın vicdan məhbuslarına və siyasi dustaqlara da toplu halda verilib. Onların hər birinin fotoları təqdimat zamanı zalda quraşdırılmış monitorda göstərilib. Musavat.com həmin fotoları Ülvi Həsənliyə istinadla təqdim edir.

Təqdimatda tanınmış belaruslu hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Ales Bialiatski çıxış edib, sonra da İntiqam Əliyevə dəstək olaraq, onun şəkli olan köynəyi geyinib. O, deyib ki, bir vaxtlar onun da şəkli bu zalda nümayiş etdirilib.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar