Liviyanın Misurata şəhərində naməlum silahlı şəxslər Türkiyənin 9 vətəndaşını girov götürüb. APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşları oktyabrın 31-də girov götürülüb. Məlumata görə, onlar Türkiyənin Misurata şəhərində fəaliyyət göstərən konsulluğuna yollanırmış. Türkiyə vətəndaşlarının girov götürülməsi bir neçə gündən sonra məlum olub. Konsulluq bu məsələdə yardım göstərilməsi ilə bağlı artıq Liviya XİN-nə və Liviyanın Ankaradakı səfirliyinə müraciət edib.