“İcra başçısı 150 min dollar istədi”- Obyekti sökülən iş adamı+Fotolar

14-11-2014, 11:51   
“İcra başçısı 150 min dollar istədi”- Obyekti sökülən iş adamı+Fotolar

Gədəbəy rayonunda yaşayan iş adamı Oqtay Əliyev rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdan şikayətçidir.


Şikayətçi “Qafqazinfo”ya göndərdiyi müraciətdə bildirir ki, icra başçısı ona qanuni şəkildə icazə verilmiş istirahət obyektini tikməyə icazə vermir. O qeyd edir ki, ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəlib:

“ETSN-nin balansında olan bu ərazidə nazirliyin qanuni sərəncamı ilə obyektin tikintisinə başladım. Elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qaldım. İcra Hakimiyyəti tikintini dayandırıb”.

yaranmış problemlə əlaqədar icra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşüb

“Q. Paşayev dedi ki, rayonda abadlıq işləri gedir. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Lakin obyektin tikintisi yekunlaşan vaxt – 2014-cü il iyul ayının 11-də heç bir səbəb göstərilmədən yenidən icra hakimiyyəti tərəfindən iş dayandırıldı. Heç bir xəbərdarlıq etmədən və qanuni bir əsas göstərmədən obyektin bir hissəsini sökdülər.

Obyektin bir hissəsi dağıdılandan sonra məni icra hakimiyyətinə dəvət etdilər. Orada icra başçısının müavini Rüstəm Nağıyevdən obyektin hansı əsasla söküldüyünü soruşduq. Qarşı tərəf isə bunun icra başçısının tapşırığı olduğunu dedi. Etiraz olaraq dedik ki, bundan ötrü məhkəmə qərarı əsasında müvafiq sənəd olmalıdır. İcra başçısının müavini isə bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi.

Beləliklə, İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə düz üç dəfə qanuni şəkildə mənə məxsus olan obyekti sökməyə cəhd ediblər. Sonuncu dəfə isə iyul ayının 29-da iş günü olmadığı halda obyekti yerlə-yeksan etdilər”.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.