75 yaşlı kişinin necə öldüyü araşdırlır
Növbətçi Bakının Nərimanov rayonunda evin zirzəmisində meyit tapılıb. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 14:50 radələrində M.Məmmədzadə küçəsi 10 saylı evin zirzəmisində qeydə alınıb.
Belə ki, meyitin 75 yaşlı kişiyə məxus olduğu ehtimal edilir. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.
İlkin ehtimala görə, kişi xəstəlik üzündən ölüb. Lakin hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Hazırda ölən şəxsin kimliyi araşdırılır.