66 yaşlı kişi güllələnmiş vəziyyətdə tapıldı
Növbətçi Lənkəran şəhərində güllələnmə hadisəsi baş verib. hadisə şəhərin H.Aslanov xiyabanı 1 saylı binanın 32 saylı mənzilində qeydə alınıb.
Qarın boşluğundan güllə yarası alan ev sahibi 66 yaşlı Fəxrəddin Heydərovu ailə üzvləri ağır yaralı halda tapıb. O dərhal təcili yardım maşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə yerinə rayon hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Əməliyyat tədbirlərinə başlanılıb. Ev sahiblərinin ilkin istintaqa verdiyi məlumata görə Fəxrəddin Heydərov özünə yivli ov tüfəngilə atəş açıb. Hadisədə istifadə olunan ov tüfəngi maddi subut kimi götürülüb.
Faktı araşdıran Lənkəran rayon Prakurorluğunda istintaq sirri olduğuna görə, heç bir açıqlama verilməyib və araşdırma aparıldığı bildirilib.
Hadisənin intihara cəhd və ya qətl olduğu, nə səbəbdən baş verdiyi aparılan istintaqın gedişində məlum olacaq.
Əməliyyat edilən Fəxrəddin Heydərovun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.