Xaçmaz Rayon Prokurorluğunda qatil barəsində cinayət işi açılıb[media=http://www.youtube.com/watch?v=JosplKFgGIs]
Xaçmazda iki gəncin davası qətllə nəticələnib. Vaxtilə icbari cəza alan şəxs bu dəfə əllərini qana buladığına görə həbsxanadan qurtula bilməyəcək.
ANS TV-nin məlumatına görə, qətl hadisəsi gecə Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında qeydə alınıb. Bir-birilə qonşuluqda yaşayan 18 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 20 yaşlı Polad Rafiq oğlu Nəbiyevi bıçaqla qətlə yetirib. Rayonun polis və prokurorluq əməkdaşları faktın araşdırılmasına başlayıblar.
Xaçmaz prokurorunun böyük köməkçisi Əlibaba Şahverənovun sözlərinə görə, rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılmışdır.
Əməkdaşımız hadisəni törətmiş, 18 yaşlı Əlihüseyn Fətullayevin video görüntülərini ekskluziv olaraq lentə ala bilib.
Əvvəllər nənəsinin evindən qızıl-zinət əşyaları oğurladığına görə həbs olunan, sonradan icbari cəza almış Əlihüseynin bu dəfə daha sərt cəzalancaq. Xaçmaz Rayon Prokurorluğunda onun barəsində açılmış cinayət işinin istintaqı iki gəncin qətllə nəticələnən mübahisəsinin məğzini və səbəbini tam ayırd edəcək.