“4 il sevdim, 1 həftəyə nifrət etdim” - Canlı yayımda ər-arvad biabırçılığı VİDEO

14-11-2014, 23:23   
“4 il sevdim, 1 həftəyə nifrət etdim” - Canlı yayımda ər-arvad biabırçılığı VİDEO
“Bacanaqlar” serialında canlandırdığı Məhəbbətin Esyası obrazı ilə tanınan model-aktrisa Esmiranın həyat yoldaşı İsgəndər Şabanov bu dəfə aparıcı Mətanət Əliverdiyevanın “Gündəlik” verilişinin qonağı olub. ATVxəbər.az bildirir ki, aparıcı Mətanət Əliverdiyeva əsl kişi ailə söhbətini efirə çıxartmaz deyərək İsgəndəri susdurub. İsgəndər Esmiranın anasının onların ailəsini dağıtdığını söyləyib: “ Esmiranın bir rəfiqəsi var idi. Toy günü zəng elədi ki, gəlim sizdə qalım. Esmira dedi ki, gəlsin. O da gəldi bizimlə qaldı və gördü ki, aramızda hər şey yaxşıdır. Səhəri mən işə gedəndə Esmira zəng elədi və dedi ki, anam deyir bir daha evə gəlmə. Mən çıxılmaz vəziyyətdə qaldım. 4 il Esmiranı sevdim, 1 həftəyə nifrət etdim”.[media=http://www.youtube.com/watch?v=R0WTjbNiajY#t=239]

Daha sonra canlı yayıma Esmira özü qoşulub. İsgəndərin bacısını üç uşaq atasını yoldan çıxartmaqda günahlandıran xanım dəhşətli sözlər danışıb: “Mən bu cür formada gündəmə gəlmək istəməzdim, özümə yaraşdırmıram. Adım bu cür şeylərdə hallanır. Toyu onlar eləmiyib, toyu biz eləmişik. Bir qəpik də toya pul salmayıblar. Pul düşkünü onlar idi. Bizim şəkillərimiz efirə çıxdı. Şəkillərdən sonra məni onun qonşuları-qohumları axtardı tapdı. Onun bacısı 3 uşaq atasını yoldan çıxarmış adamdı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.