Xalq artisti Flora Kərimova üç dəfə rəsmi nikahda olmasından danışıb.
"Düzünü desək" verilişinin qonağı olan müğənni gec ailə quran xanımlardan bəhs edib:
"Mən elə-belə ailə qurmamışam. Mənə görə mübarizə aparıb, buna məcbur ediblər. Peşman da deyiləm. Düşündüyüm insanların həyat yoldaşı olmuşam. Qadın ailəsi olmayanda yiyəsizdir.
Nə qədər qüdrətli olsan da, sənin arxanda, yanında, önündə ürəyinin düşündüyü insan yoxdursa, qadın dəyərini itirir. Çünki cəmiyyət ona təzyiq edir. Çox pis haldır: indi ailə qurmayan qızlara deyirlər ki, evdə qalıb. İndi ərə gedib boşanan xanım üçün tək yaşamaq daha rahatdır.
Ondan ailə qurmasını tələb edən olmur. Məcbur da olsa, kiminləsə ailə quracaqsan. Amma sən axıra qədər bakirə qala bilməzsən. Sən fikrində belə qala bilərsən, amma cismən mümkün deyil. Heç bir qadın deməsin ki, sevdiyim insana ömür boyu xəyanət etmədim".