Serbiyanın paytaxtı Belqradda ölkənin keçmiş naziri, biznesmen Milan Bekoya sui-qəsd edilib.
Axar.az xəbər verir ki, keçmiş nazir dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Polisin verdiyi məlumata görə, 53 yaşlı biznesmen evinin yaxınlığında güllələnib. Naməlum şəxslər Bekoya 3 dəfə atəş açıb. Sui-qəsdçilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Belqrad və ətraf ərazilərin bütün yolları bağlanıb.