Azərbaycanda dost dostunun atasını qarət etdi (FOTO)

15-11-2014, 16:19   

Qubada yaxın tanışlarının evini qarət edən Bakı sakini yaxalanıb

Kriminal Qubada yaxın tanışlarının evini qarət edən Bakı sakini yaxalanıb.

hadisə rayonunu Mirzəqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 76 yaşlı Hacıağa Məmmədov polisə bildirib ki, nəvəsinə maşın almaq üçün yığdığı 4850 manat pul oğurlanıb. Şikayət əsasən polis əməliyyat keçirib.

Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən 42 yaşlı Sabit Katib oğlu Həsənov saxlanılıb. Quba rayon polis şöbəsinin müstəntiqi Mirmehdi Seyidovun
bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılan Sabit Həsənov verdiyi ilkin ehtimalda tutduğu əməli etiraf edib. O, bildirib ki, pulları şəxsi ehtiyaclarını ödəmək üçün oğurlayıb.

“Pulları oğurlayan Sabit Həsənov ev sahibi Hacıağa kişinin oğlu Əhmədin yaxın dostu, ailənin yaxşı tanıdığı insandır”, - deyə Mirmehdi Seyidov bildirib.

Saxlanılan Sabit Həsənov tutduğu əməldən çox peşmandır.

“Danışmaq istəmirəm. Nə deyə bilərəm axı? Qoyun dərdimi özüm çəkim. Çox peşmanam”, - deyə Sabit Həsənov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.