Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhəti ağırlaşıb. Bu haqda AzadlıqRadiosuna partiyanın digər başqan müavini Elman Fəttah məlumat verib.
Onun dediyinə görə, noyabrın 15-də ailə üzvləri Tofiq Yaqublu ilə telefonla danışıblar:
«Tofiq bəy asma xəstəliyindən əziyyət çəkir. Ailə üzvləri ilə də çətinliklə danışırmış. Nəfəs almaqda çətinlik çəkirmiş. Dərman alıb gətirmələrini istəyib. Ailə üzvləri dərmanları alıb, təcili ona çatdıracaqlar. Tofiq bəyin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi bu cür xəstələr üçün təhlükəlidir. Həmin müəssisə daş karxanalarının əhatəsində yerləşdiyindən həmişə toz olur. Toz isə asma xəstəliyinin ağırlaşmasında əsas rol oynayır».