Sürücü yüngül xəsarətlərlə canını qurtarıb[media=http://www.youtube.com/watch?v=tnkPJSxT44s]
Moskvada "Bentli-Kontinental" avtomobili körpüdən aşaraq dəmir yoluna düşüb.
yüksək sürətlə gedən avtomobilin sürücüsü idarə etməni itirərək qəza törədib. "Bentli-Kontinental" körpünün hasarını dağıdaraq böyrü üstə dəmir yoluna düşüb. Sürücü yüngül xəsarətlərlə canını qurtarıb.
“Sürücü maşınə bərk sürürdü. Döngədə xarici avtomobili yığışdıra bilmədi və o hasarı vurub dəmir yoluna uçdu. Biz yardıma qaçdıq və avtomobilin sahibini çıxartdıq. İndi polisi və xilasediciləri gözləyirik”, — deyə qəzanın şahidi danışıb.
İlkin məlumata görə, avtomobil 37 yaşlı Rostov sakini İlya. M aiddir. Amma qəza zamanı sükan arxasında 33 yaşlı Aleksey. Ç olub. Hadisə zamanı sürücü sərxoş olub, amma qohumları bunu təkzib edirlər. Aleksey bütün həyatı boyu "Bentli" arzulayıb və bu yaxınlarda onu alıb.
Sürücünü Moskva xəstəxanalarından birinə yerləşdiriblər. Həkimlər ona beyin silkələnməsi və daban sümüyünün sınığı diaqnozu qoyublar.