Azərbaycanlı mafiozlar Türkiyə gündəmində

16-11-2014, 00:05   
Azərbaycanlı mafiozlar Türkiyə gündəmində


Kriminal avtoritetlər arasında baş vermiş atışma işi üzrə məhkəmə prosesi gedir


Məhkəmə Azərbaycan və Rusiya ədliyyə nazirliklərinə təqdimat yazılmasına qərar verib. Türkiyənin Ədirnə şəhərində bu ilin yayında azərbaycanlı kriminal avtoritetlər arasında baş vermiş atışma işi üzrə məhkəmə prosesi gedir.
polis zabiti Hüseyn İmrağın həlak olması ilə nəticələnən bu kriminal “razborka”da adı keçənlərdən Azərbaycan vətəndaşı Mahir Şükürov, Türkiyə vətəndaşları Şaban E., Dursun G, Tufan A. müttəhimlər qismində qatılıblar. Öldürülən polisin atası Enver İmrağ isə şahid qismində prosesə qatılıb.

Şübhəlilərdən Azərbaycan vətəndaşları Qara Əliyev, Namiq Umudov, Rusiya vətəndaşı Ceyhun Əsgərov isə prosesə qatılmayıblar. Çünki onlar Türkiyədə deyil. Məhkəmə heyəti həmin şəxslərin ifadələrinin alınması üçün Azərbaycan və Rusiya ədliyyə nazirliklərinə təqdimat yazılmasına qərar verib.

Xatırladaq ki, bu il iyunun 9-da Türkiyənin Ədirnə şəhərində “Lotu Quli” ləqəbli “vor zakon” Nadir Səlifovun qardaşı Natiq Səlifovun və “Albert Rıji”, “Alberg Gəncinski” ləqəbləri ilə tanınan Əli Heydərovun iştirak ilə atışma baş vermişdi. Tərəflər arasında baş verən atışmada bir polis əməkdaşı öldürülmüş, 15 nəfər saxlanılmışdı. Saxlanılanların 7-si azərbaycanlı olub. Onlar sonradan sərbəst buraxılıblar. Hadisənin azərbaycanlı, rus və gürcü mafiya qruplarının “razborkası” nəticəsində baş verdiyi bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.