Lotu Quliyə ən qorxulu sözü deyən avtoritet azadlığa çıxdı

16-11-2014, 00:36   

İki gün əvvəl - 13 noyabr 2014-cü ildə Azərbaycanın cəzaçəkmə müəsissələrinin birindən kriminal aləmdə böyük nüfuz sahibi olan avtoritet Əliyev Nuruş Meydan oğlu azadlığa buraxılıb.

Nuruş Əliyev 2003-cü ilin avqust ayında həbs edilib və Ağır Cinayətlərə dair Azərbaycan Resbublikası Məhkəməsinin hökmü ilə 12 il müddətinə cəza alıb. Kriminal dairələrdə daha çox Nuruş Naxçıvanski kimi tanınan bu şəxs uzun müddət cəza çəkdiyi yerlərdə "polojeniya"lara baxıb.

Nuruş Naxçıvanski ilk məhkumluğunu 6 saylı CÇM-də keçirib. 2000-ci illərin əvvəlində azadlığa çıxsa da, 2003-cü ildə yenidən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin "hədə-qorxu ilə pul tələb etmə" maddəsilə ittiham elan olunub.

Qeyd edək ki, Nuruş vaxtından əvvəl azad edilib. Penitensiar Xidmətin 11 saylı ciddi rejimli CÇM-də keçirilən məhkəmənin qərarı ilə Binəqədi Rayon Məhkəməsi 6 nəfərdən biri kimi Nuruşun da barəsində bu qərarı verib.

Nuruş Naxçıvanski barədə məlumat verən mənbənin sözlərinə görə, o, oğru aləmində xüsusi cəsarəti və qabiliyyəti ilə seçilir. Onu məşhurlaşdıran isə 2005-ci ildəki hadisədir. Bildirilir ki, həmin il bir neçə azərbaycanlı qanuni oğru Quli ləqəbli Nadir Səlifovun "oğru" adından mərhum edilməsi ilə bağlı qərar verir. Bu qərar Quliyə yalnız şifahi elan olunduğu səbəbindən, N.Səlifov qərarla razılaşmır. Həmin vaxt qərarı Quliyə üz-üzə elan etmək missiyası oğrular tərəfindən Nuruşa həvalə edilir. Qulinin cəza çəkdiyi 8 saylı xüsusi rejimli cəzaçəkmə müəsisəsində olan Nuruş qərarı yerinə yetirir. Hətta onunla Quli arasında kiçik insidentin də yaşandığı bildirilir.

Bundan sonra Nuruş Qobustan qapalı həbxanasına göndərilir. Orada Nuruşu qəhrəman kimi qarşılayırlar və bütün Azərbaycanın kriminal aləmindən sorumlu olmaq da Nuruşa tapşırılır.

Günlərin birində isə iki nəfər şəxs Qobustan kimi qapalı türmənin görüş otağına keçib, həmin vaxt Rahim adlı dostu ilə görüşdə olan Nuruşu möhkəm döyməyə nail olur. Həmin vaxt Nuruşun bir neçə qabırğası da sındırılır. Sonra məlum olur ki, bu hadisə Qulinin yaxınları olan – Samir Razinski və onun dostu tərəfindən edilib. Sui-qəsddə iştirak edənlərin hər ikisi məşhur idmançı olub.

Həmin hadisədən bir neçə il sonra Samir Razinski naməlum adamlar tərəfindən qətlə yetirilir. Qobustan həbsxanasında baş verən həmin hadisə isə sözügedən türmənin bütün kontingentinin istefaya göndərilməsilə nəticələnib.

Yeri gəlmişkən qeyd edək ki, Nuruşun Rövşən Lənkəranskiyə yaxın olduğu bildirilirdi.

Son bir ildə isə onun Rövşənlə də münasibətinin korlandığı deyilir. Cəzasının son hissəsini 11 saylı CÇM-də çəkən zaman Nuruşun heç bir kriminal söhbətə qarışmadığı da iddia edilir. Nuruşun azadlığa çıxmasından sonra kriminal aləmdə bəzi məsələlərin də müzakirə ediləcəyi istisna edilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.