5 uşaq anası Coanna Qrabovski ərinin qatilləri ilə yatağa girib
Kriminal Polşada tükürpədici cinayət hadisəsi yaşanıb.
ANS PRESS-in məlumatına görə, Polşanın şimal-şərqində yerləşən Olzistin şəhəri sakini 31 yaşlı Coanna Qrabovski qadın əlil əri Piotrdan canını qurtarmaq üçün məşuqlarından ona kömək etməyini istəyib.
Ərinin bir gün əlil arabası ilə parka getməyini fürsət bilən 5 uşaq anası Coanna, məşuqları 42 yaşlı Yasek Pavlyak və 31 yaşlı Lukaş Kaminskiyə zəng edərək onu öldürməyi tapşırıb.
Cinayətdən sonra qətl sifarişçisi olan qadın ödəniş müqabilində məşuqlarının hər ikisi ilə eyni anda yatağa girib.
Şəhər məhkəməsinin qərarı ilə Coanna Qrabovski 25 il həbs cəzası alıb.