Səkkiz yüz illik sirrin üstünün açılması düşünülür
Səyahət Monqolustanın Xentey aymakında yol çəkilişləri zamanı tapılan qədim məzarın Çingiz xana aid olduğu iddia edilir.
Onon çayı yaxınlığında tapılan qədim məzarı arxeoloqlar 13-cü əsrə aid edirlər. Məzarın üzərində kütləvi dəfn edilmiş çox saylı insan skelet idə aşkarlanıb.
Qazıntı yerində işləyən Pekin universitetinin əməkdaşları bu qərara gəliblər ki, onlar dəfnetməni həyata keçirən qullar olublar. Dəfndən sonra onları öldürüblər ki, məzarın yeri açıqlanmasın.
Məzarda həmçinin 20 ədəd at skeleti də tapılıb ki, onların mərhumu axirətə müşaiyət edəcəyi düşünülür.