Rusiyada, Moskvaətrafı vilayətində dəhşətli hadisə baş verib.
Lent.az-ın İnterFAKS-a istinadən məlumata görə, burada 11 aylıq uşağı itlər parçalayıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, polis bölməsinə Moskva vilayəti İstrinski rayonu Mansurovo kəndində balaca uşağın cəsədinin tapılması barədə məlumat daxil olub.
Çağırışa gedən polislər bağ sahələrindən birində 11 aylıq qız uşağının cəsədini tapıblar. Hadisə vaxtı uşağın valideynlərinin spirtli içkinin təsiri altında olduğu və körpəni unutduğu bildirilir. Onlar o qədər sərxoş olublar ki, baş vermiş hadisədən xəbər tuta blməyiblər.