Abşeronda küləyin sürəti 25-28 metrədək güclənəcək
Səyahət Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmurlui olacaq.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.
Gecə və gündüz 8-10° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək olacaq, 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, arabir 20-25 metrədək güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək. Gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 23-27 metrədək güclənəcək. Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq. Səhər dağlarda duman olacaq. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-10°, gündüz 10-13° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.