ABŞ Prezidenti Barak Obama Avstraliyanın Brisben şəhərində keçirilən G-20 sammitində yenə saqqız çeynəyib.
Axar.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Görünür Obama Pekində bu həftə keçirilən sammitdə saqqız çeynədiyinə görə ona tutulan iradlardan nəticə çıxarmayıb”, - telekanal yazıb.
Telekanal onu da bildirib ki, nədənsə avstraliyalılar çinli sosial şəbəkə istifadəçiləri kimi buna sərt reaksiya göstərməyiblər.
Qeyd edək ki, Çin internet istifadəçiləri Obamanı Pekindəki sammit zamanı saqqız çeynədiyinə görə sərt tənqid etmişdilər.