Fazil Mustafa hansı məmurları ermənilərlə müqayisə etdi? - VİDEO

16-11-2014, 18:32   
Fazil Mustafa hansı məmurları ermənilərlə müqayisə etdi? - VİDEO
Millət vəkili: "Məmurlar əhalinin pulunu mənimsəmək üçün yarışa giriblər"
Arqument.Az xəbər verir ki, bunu jurnalist Aynur İmranovanın moderatorluğu ilə keçirilən növbəti "Real söhbət" proqramındakı debatda millət vəkili Fazil Musatafa deyib.

Qeyd edək ki, debatda Fazil Mustafa ilə Respublikaçı Alternativ Hərəkatının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli iştirak edib.

Debatda ölkədəki siyasi, iqtisadi, sosial vəziyyət, məmur özbaşınalığı, rüşvət və korrupsiya halları, gənclərlə bağlı dövlət siyasəti, şəhid ailələri ilə bağlı problemlər v.s kimi mövzusunda müzakirələr aparılıb.

Millət vəkili Fazil Mustafa bildirib ki, dövlər bütün sahələrə maliyyə ayrısa da, bəzi məmurlar bu vəsaitləri ələ keçirmək üçün yarışa giriblər.

İqtisadçı ekspert Natiq Cəfərli hökumətin büdcə ilə bağlı siyasətini kəskin tənqid edib. O bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı neft sektorundan gələn gəlirlərdən asılı duruma düşüb və hakimiyyət bütün sivil dünyada hökumətin idarəçiliyinə təsir mexanizmi olan iki ana xətti - büdcə və seçki faktorunu nəzərə almır
[media=http://www.youtube.com/watch?v=fspvg7INrUQ].
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.