ABŞ Dövlət Departamentinin rəsmi saytı haker hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, Departamentə məxsus bütün elektron ünvanlar təhlükəsizlik məqsədi ilə bağlanıb.
“Anadolu” agentliyinin məlumatına görə, Departamenin bir işçisi ötən ay Ağ Ev kompüter şəbəkəsinə də hücum edildiyini xatırladaraq hadisənin həmin şəxslər tərəfindən törədildiyini istisna etməyib.
Hücum nəticəsində hansı məlumatların əldə edilməsi ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, daha öncə də belə hallar təkrarlanıb. Rus və çin hakerlərin bir çox ABŞ qurumlarına hücumu reallaşsa da, bu, heç vaxt ictimaiyyətə açıqlanmayıb.