Bakıda mənzıl fırıldağında mütəşəkkil cinayət faktı

17-11-2014, 18:30   
Bakıda mənzıl fırıldağında mütəşəkkil cinayət faktı
İlqar Tağıyev mütəşəkkil cinayətkarlıq faktı ilə üz-üzə qaldığını iddia edir

Iç xəbər Bakıda mənzil dələduzluğunun qurbanı olan İlqar Tağıyev mütəşəkkil cinayətkarlıq faktı ilə üz-üzə qaldığını iddia edir.

Bakı şəhər sakini İlqar Tağıyev ANS PRESS-ə göndərdiyi şikayət məktubunda "Dağlar" MTK-da yerləşən, fiziki şəxsə məxsus olan 2 otaqlı mənzilin onun adına saxta yolla sənədləşdirildiyini bildirib: "Mən artıq dördüncü aydır ki, mütəşəkkil cinayətkarlıq faktıyla üz-üzə qalmışam. Belə ki, mən mənzil şəraitimi yaxşılaşdırmaq üçün ilin əvvəlində satdığım köhnə mənzilimin puluyla yenisini almaq istəyirdim. Bu məqsədlə daşınmaz əmlak ağentliklərinə müraciət etmişdim. Həsənov Vüsal adlı şəxs daşınmaz əmlak vasitəçılərı Mehdiyev Saleh və İsmayılov İlqar ilə əlbir olub 27.07.2014-cü il tarixdə başqasına məxsus olan mənzili öz mənzili adıyla mənə saxta sənədləşmə yoluyla satıb, 100 m.man. məbləğdə pulumu mənimsəmiş və beləliklə, mən faktiki olaraq mənzilsiz qalmışam. Mənzil sahibi kimi özünü təqdim edən Vüsal Həsənov başqasına məxsus təmirli mənzili vasitəçilərlə birlikdə əvvəl mənə göstərmiş, mənzilin qiymətini mənimlə razılaşdırmiş və başqa dələduz həmkarlarıyla əlbir olub, adıma saxta alqı-satqı əməliyyatı apararaq məni aldatmışlar.

Belə ki, o, saxta sənədləşmə əməliyyatından bir gün əvvəl "Dağlar" MTK-nın inşa etdiyi, Nərimanov rayonu Təbriz küçəsi 63-də yerləşən 32 saylı 2 otaqlı mənzilin guya qohumu Hümbətov Səbuhinin adına olduğunu mənə bildirmişdi. Səhərisi gün Vüsalın, Salehin və İlqarın iştirakıyla Səbuhi Hümbətov adına yazılmış sənədləri gətirib mənə göstərdi. Elə həmin gün sənədləşmə MTK-nın sədri Şahin Əliyev vasitəsilə MTK-nın daxili qaydalarıyla və Xətai rayonunda yerləşən 6 saylı Notariat kontorunda (müdiri İmanov Ərəstun Loğman oğlu) təsdiq olunmaqla aparıldı. Sənədləşmə aparıldıqdan sonra mənzilin dəyərləndirilmiş 100 min.manat məbləği bilavasitə Həsənov Vüsala vasitəçilərin iştirakıyla mənim tərəfimdən verilmişdir. Sənədləşmədən sonra Vüsal mənzili 10 gün ərzində mənə təhvil verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə yubadırdı. Bir müddət sonra mənzilin sahibinin tamam başqa adam olduğunu müəyyən etdim. Bu mütəşəkkil cinayət işilə bağlı 102 xidmətinə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət etdim. Sonra müraciətim istintaqın aparılması məqsədi ilə Yasamal Polis idarəsinə göndərildi. Yasamal Prokurorluğu tərəfindən 178.3.2. maddəsilə cinayət işi açılıb, cinayətkarların tapılması üçün Yasamal Polis idarəsinə icraata göndərilsə də bu iş yarımçıq saxlanıldı. Bir ay əvvəl mənim şikayətim Baş prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən "Dağlar" MTK-yla bağlı başqa cinayət faktlarıyla birgə baxılacağı adıyla alındı. Lakin hələ də dələduzlar məsuliyyətə cəlb olunmayıb. Bu vaxta qədər cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tezliklə tapılacağına və bu işə hüquqi qiymət veriləcəyinə ümidliydim. Baxmayaraq ki, bu mütəşəkkil cinayət faktıyla bağlı kifayət qədər təsdiqləyici dəlillər, sənədlər var, lakin bu işdə iştirak etmiş şəxslər saxlanılmamış, həbs-qətimkan tədbiri seçilə bildiyi, tezliklə ifşa olunması mümkün olduğu halda buna aldadıcı hüquqi don geydirilərək yubadılır.

Mən artıq əmin oluram ki, məni aldadıb saxta yolla mənzil satanlar hansısa cinayətkar şəbəkənin üzvləridir. Onlar yüksək vəzifəli şəxslər tərəfindən himayə olunurlar (bunu birbaşa və dolayı yolla əməli törədənlər özləri də bir neçə dəfə səsləndirmişlər). Əks təqdirdə belə cinayətkar qruplaşmanın ifşası bir gündən artıq çəkməməliydi. Ən çox diqqət çəkən məqam isə odur ki, mütəşəkkil dəstənin çoxsaylı üzvü olsa da, bu mütəşəkkil dələduzluq əməli ancaq MTK sədri üzərində fokuslanır və qalanlarını cinayətkar əməllərindən yayındırmağa cəhd edilir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.