Naməlum şəxslər qızı maşına mindirərək aparıblar
Türkiyənin Aksaray şəhərində 17 yaşlı qız təcavüzə uğrayıb. ANS PRESS-in məlumatına görə, Kavurmacı küçəsində 17 yaşlı S.İ. evlərinin yaxınlığında 2 naməlum şəxs tərəfindən qaçırılıb. Naməlum şəxslər qızı maşına mindirərək aparıblar.
Onlar qızı kimsəsiz bir əraziyə gətiriblər. Daha sonra naməlum şəxslər qızı vəhşicəsinə zolayıblar. Onun əl çantasını götürüblər. Bununla da kifayətlənməyərək qızı vəhşicəsinə döyüblər. Onun başına dəyənəklə vurduqdan sonra boğazını kəsiblər.
Qızı qan içində buraxan naməlum şəxslər hadisə yerindən qaçıblar. Qızı bir neçə saat sonra ərazidən keçən şəxslər qan içində tapıblar. Təcili yardım çağırılıb və qız xəstəxanaya yerləşdirilib.
Polis hazırda 17 yaşlı qızın həyatını heç edən 2 nəfəri axtarır.