Ər-arvad 106 il həbs cəzası aldı

17-11-2014, 21:29   
Ər-arvad 106 il həbs cəzası aldı
Ana və ata öz uşaqlarına dəhşətli işgəncələr veriblər

Dünya ABŞ-da uşaqlarına işgəncələr verdiyi üçün ana 78 il məhkum edilib.

Sent-Luisdə keçirilən məhkəmə iclası zamanı 34 yaşlı Lakeşa Stenli üç körpənin üzərində zorakılıqda ittiham olunub.

Qadın öz uşaqlarını beysbol taxtası ilə döyüb, onları qamçılayıb və hətta onları batırmağa çalışıb.

İlk dəfə bu iş 2011-ci ildə Lakeşinin on yaşlı qızı məktəbdə əlində olan ağrılardan şikayətlənərkən aşkarlanıb. Qızın bədənində çoxsaylı izlər aşkar edilərkən, o etiraf edib ki, anası mütəmadi olaraq onu döyür. Qız həmçinin deyib ki, onun səkkizyaşlı bacısı beysbol taxtası ilə döyülüb.

Araşdırmalar zamanı məlum olub ki, ana azyaşlıları elektrik məftilləriylə bağladığından onların bədənində dərin kəsiklər əmələ gəlib.

Keçən il uşaqların üzərində zorakılıq aşkarlandığı üçün Lakeşin əri də həbs edilib. Ər arvad Aleksandr və Stenli ümümilikdə 106 il həbs cəzası alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.