Laçından üsyan anonsu

18-11-2014, 00:37   
Laçından üsyan anonsu
"Alverçi Y.Hüseynovu mədəniyyət şöbəsinə müdir, sələmçı H.Səfərovu dairəyə sədr təyin edən icra başçısından yaxşı heç nə gözləmək olmaz"

Son dövrlər Laçın sakinləri tərəfindən mətbuata xeyli sayda şikayət məktubları daxil olur. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu şikayətlərin əsas hədəfi isə icra başçısı Akif Səlimovdur.
Edilən şikayətləri araşdırmaq və təbdir görmək əvəzinə Laçının icra başçısı tamam fərqli yol tutub. Məsələn, Akif Səlimov mətbuatda yaxın olduğu adamlara pul verərək, onlardan rayonda durumun yaxşı olduğu və edilən şikayətlərin isə anonimliyi barədə rəy yaratmağa çalışır. Elə buna görədir ki, dünən Səlimovun bu hərəkətinə etiraz olaraq bir qrup Laçın sakini yenidən mətbuata üz tutublar. Bir qrup Laçın rayon sakinlərindən anaxeber.info-a göndərilən məktubda iddia olunur ki, Laçının icra başçısı Akif Səlimov Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı «bioloji terrora» başlayıb. «Təssüf hissi ilə bidiririk ki, Akif Səlimov rayondakı vəziyyəti düzəltmək əvəzinə, mətbuatda sifarişlə guya, yaxşı işlədiyinə dair məqalələr yazdırır. Əslində, o, İcra Hakimiyyətindəki kabinetində oturmağa belə utanır. Çünki rayon əhalisi arasında heç bir nüfuzu olmayan adamlardan aldığı pula görə, vəzifələrə təyin etməsi laçınlı ağsaqqal və ziyalılar tərəfindən qəbul edilmir. Buna görə də, Akif Səlimov qınaq obyektinə çevrilib».
Şikayətçilər daha sonra bildirirlər ki, laçınlılar üzləşdikləri vəziyyətdən dolayı bəzi addımlar atmaq məcburiyyətində qalıblar. «İş o yerə çatıb ki, sakinlərin bir çoxu çıxış yolunu rayonun qeydiyatından çıxmaqda görürlər. Alverçi Y.Hüseynovu mədəniyyət şöbəsinə müdir, sələmçı H.Səfərovu dairəyə sədr təyin edən icra başçısından yaxşı heç nə gözləmək olmaz». Sözügedən şəxslər bildirirlər ki, Laçının icra başçısı rayonun kürd əsilli sakinlərindən qorxduğu üçün M.Musayevi yol idarəsinə, B.Bəndəliyevi Məşquluq İdarəsinə müdir, M.Baxışovu təhsil şöbəsinə inspektor, F.Cabbarovu isə səhiyyəyə baş mühasib vəzifələrinə təyin edib».
Sonda müraciət edən şəxslər bəyan ediblər ki, bu şəkildə davam etməsinə imkan vermək niyyətləri yoxdur. «Bu məsələyə yuxarı orqanlar münasibət bildirməlidirlər. Əks təqdirdə, etiraz aksiyalarına başlamaq məcburiyyətində qalacağıq».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.