Türk səfirliyinə hücum edən erməni həbsdə qaldı

18-11-2014, 01:28   
Türk səfirliyinə hücum edən erməni həbsdə qaldı


18 avqustda Türkiyənin Moskvada yerləşən səfirliyinə hücum edən erməninin həbs müddəti uzadılıb.

Axar.az xəbər verir ki, Moskva məhkəməsi erməni əsilli Artur Mirzoyanın həbs müddətinin 17 dekabra qədər uzadılması ilə bağlı qərar verib.

Şübhəlinin vəkili Georgi Şatvoryan Rusiya mətbuatına verdiyi açıqlamada istintaqın gələn ay yekunlaşacağını bildirib.

Xatırladaq ki, Rusiyanın "Dobrıy Les" şirkətinin baş direktoru vəzifəsində çalışan Artur Mirzoyan 18 avqustda səhər saatlarında ov tüfəngi ilə elçiliyin inzibati binasını atəşə tutmuşdu.
Mirzoyan hücumu hansı səbəbdən təşkil etdiyi ilə bağlı açıqlama verməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.