Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında uçqun olub.
yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb.
Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı bir nəfər xəsarət alıb.
Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.