Anasını itirən yeniyetmə bu ayrılığa dözə bilməyib
Ötən gün saat 18:40-da Bakının Sabunçu rayonunda 18 yaşlı qızın asılmış meyiti tapılıb.
Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Məhəmmədi kəndində baş verib.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı meyitin 18 yaşlı Ləman Süleyman qızı Abdullazadə olduğu müəyyən olub. Məlum olub ki, yeniyetmə qız intihar edib.
Bildirilib ki, 5 ay bundan əvvəl qızın anası rəhmətə gedibmiş. Bu hadisədən Ləman çox sarsılıb. Bir neçə dəfə özünü öldürməyə cəhd edib. Dərman içib. Bir neçə dəfə qardaşına deyib ki, “mən anamın yanına getmək istəyirəm”.
Hətta qızı xəstəxanaya da aparıblar. Lakin qıza yardım etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.