Odessa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə sui-qəsddə ittiham olunan Adam Osmayevin həbsdən azad olunması ilə bağlı qərar çıxarıb.
Axar.az xəbər verir ki, məhkəmə Osmayevin həbsxanada qaldığı 2 il 9 ay müddəti əsas gətirərək, bu müddəti cəza üçün yetərli hesab edib.
2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəyiblər