Bakıda polisi sürüyən sürücü tutuldu

19-11-2014, 15:20   
Bakıda polisi sürüyən sürücü tutuldu
Avtomobil polisi bir neçə metr sürükləyib

Kriminal Noyabrın 17-dən 18-nə keçən gecə 01 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət yetirən sürücü tutulub.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, sürücünün haqlı saxlama əmrinə tabe olmayan və polisin əlini maşının şüşəsi arasında qoyan Namiq Xanəliyev saxlanıb.

Hazırda həmin hadisə üzrə araşdırmalar aparılır. Araşdırmalardan sonra həmin şəxs barədə hüquq çərçivəsində tədbirlər görüləcək.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində məlumat verilirdi ki, Nərimanov rayon ərazisində, Xətai prospekti, 40 saylı evin yanında Namiq Xanəliyeva məxsus, "Toyota Prado"nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.

Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb.

Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.

Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.