Zorlanan qızın anası fəryad diləyir- ŞOK

19-11-2014, 22:28   
Zorlanan qızın anası fəryad diləyir- ŞOK
“Mənim azyaşlı qızımı zorlayan öz layiqli cəzasını almalıdır”. Bu sözlər Əhmədova Kamalənin şikayət məktubunda qeyd edilib. Şikayətçinin iddialarına görə qızı 1997-ci il təvəllüdlü A.İ. yaşadığı evdə zorlanıb.



Belə ki, Bakının Nərimanov rayonunda kirayə yaşayan kasıb ailə belə bir zorakılığa mərüz qalıb. Kamalə xanım şikayət ərzəsində bildirir ki, Baqiri Pərviz ailə həyatı qurmaq məqsədi aitında öz çirkin niyyətini həyata keçirib. Şikayətçi xanım daha sonra əlavə edir ki, Pərviz mənim rayonda olduğumu bilib yaşadığımız ünvana gələrək qızıma intim təklif edib. Bu barədə qızım mənə bir kəlmə olsun belə söyləməyib. Bircə onu deyirdi ki, Pərviz mənimlə ailə qurmaq istəyir. Hardan bilərdim ki, saxta fikirli bir insan mənim qızımı bədbaxt edər. Günlərin bir günü rayona gedəsi oldum. Və mənim evdə olamadığım gün belə bir hadisə baş verib. İndi mənim qızım 5 aylıq hamilədir.

Mən bir azərbaycan vətəndaşı kimi, Baş Prokuror cənab Zakir Qaralovdan, Daxili İşlər Naziri cənab Ramil Usubovdan bir ana kimi xahiş edirəm. Mənim qızımın həyatı açınacaqlı durumdadır. Artıq yaşamaq bizim üçün o qədər də önəmli deyil. Lakin qızımı zorlayan Pərviz öz layiqli cəzasını almalıdır.



Qarşı tərəfin mövqeyini öyrənmək üçün məqalədə adı hallanan Pərvizin qardaşı Nəsimi ilə telefon əlaqəsi yaratdıq. Və ona bildirdik ki, vətəndaş Pərviz bizə münasibətini bildirsin. Çox keçmədən Bəqiri Pərvizin nümayindəsi (adını dəqiqləşdirə bilmədik) redaksiya ilə telefon əlaqəsi yaradaraq məsələ Nərimanov rayon prokurluğun diqqətində olduğunu bildirdi. Qarşı günlərdə Nərimanov rayon prokurorluğun münasibətini qeyd edəcəyik. Araşdırmalar davam edir..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.