Qripdən asanlıqla xilas olmağın yolları

20-11-2014, 00:20   
Qripdən asanlıqla xilas olmağın yolları
Boğaz ağırısını, öskürəyi, burun tutulmasını iynə, dərmansız müalicə edin

Sağlamlıq Artıq havalar getdikcə soyumağa başlayır. Soyuq qış aylarında insanların tez-tez yoluxduğu xəstəlik qripdir. Amma qripdən qısa müddətdə can qurtarmağın da yolu var. Özü də iynəsiz, dərmansız.



Boğaz ağrısından xilas olmaq üçün ən yaxşı üsul ballı çay və ya limonla çay içməkdir. Bundan başqa alma sirkəsi içmək də faydalıdır.

Hər üç üsul boğazda qrip viruslarının artmasının qarşısını alır.

Öskürəyin qarşısını almaq üçün isə bundan istifadə etmək lazımdır. Bir limonu ¼ hissəyə bölün. Daha sonra kəsdiyiniz limonun üstünə duz və istiot tökün. Sonra isə həmin limonu yeyin. Öskürəyin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Qrip zamanı insan daha çox burun tutulmasından əziyyət çəkir. Bundan xilas olmaq üçün birinci növbədə çoxlu su içmək lazımdır. Lakin su otaq temperaturunda olmalıdır. Hərəkətdə olmaq da, məsələn idman etmək burun tutulmasının açılmasına yardım edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.