Paytaxtın Nərimanov rayonu ərazisində qətl törədilib.
APA-nın məlumatına görə, hadisə rayonun Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində qeydə alınıb. Sabunçu rayon sakini 32 yaşlı Ramin Məzahir oğlu Əliyev "VAZ 2107" markalı maşının içində yaralı halda tapılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlum olub ki, Ramin Əliyevə ürəyindən bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları qətli törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirir.