Ruspərəstlər “Azadlıq” radiosunun müxbirini döydülər

1-05-2014, 22:19   
Ruspərəstlər “Azadlıq” radiosunun müxbirini döydülər
Ukraynada rusiyameylli separatçıların qarışıqlıq salması və qanunsuz olaraq hakimiyyəti ələ keçirmələri prosesləri davam edir.

Xarkovda Ukraynanın federallşması mitinqinin iştirakçıları “Azadlıq” radiosunun müxbiri Vladimir Noskova hücum ediblər.

Mitinq iştirakçılarını izləyən jurnalist və onun çəkiliş qrupu Ukrayna bayraqlarını yandıran rusiyameyllilər tərəfindən hücuma məruz qalıb.

Kütlənin əlindən jurnalistləri milislər zorla alaraq rayon milis şöbəsinə aparıblar.

“Azadlıq” radiosunun müxbiri Vladimir Noskovun sözlərinə görə, onlara məxsus texnika zədələnməyib, lakin onun özü bədən xəsarətləri alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.