İtkin düşən qızı polis tapıb
Növbətçi Bakının Binəqədi rayonunda iki ay əvvəl itkin düşən 22 yaşlı qız tapılıb.
Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən verilən məlumata görə, Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində yaşayan 1992-ci il təvəllüdlü Şəhanə Bayramova axtarışlar nəticəsində tapılaraq evlərinə qaytarılıb.
Bildriilir ki, qızın yoxa çıxması barədə sentyabrın 21-də bölməyə məlumat verilib. Bildirilib ki, qız senytabrın 20-də saat 22:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qızı 4-cü polis bölməsi əməkdaşları tapıblar.
Faktla bağlı araşdırma aparılır.