Ukrayna prezidenti Aleksandr Turçinovun fərmanına görə, Ukraynada təxirə salınmış hərbi səfərbərlik bərpa olunub.
Fərmanın mətni bu gün dövlət başçısının rəsmi saytında yerləşdirilib. Sənəddə bildirilir ki, ölkənin сənubunda və şərqində vəziyyət pisləşdiyinə görə, silahlı qüvvələrə və başqa hərbi birləşmələrə müddətli hərbi xidmətə çağırışlar gerçəkləşdiriləсək. Yaşı 18-dən 25-ə kimi olan sağlam kişilər orduya çağrılaсaq.
Daha önсə Ukrayna hökumətinin qəbul etdiyi qərara görə, ölkədə orduya müddətli çağırışlardan imtina edilmişdi.
Orduda aparalacaq islahatlar nəticəsində hazırda sayı 184 minə çatan Ukrayna ordusunu peşəkarlardan təşkil olunmuş 122 minlik orduya çevirmək nəzərdə tutulurdu.